
Bayram günləri ərəfəsində yazın gəlişi ilə bağlı şəhər ərazisində yaşıllıqların artırılması məqsədilə ağacların və müxtəlif növ gül-çiçək kollarının əkilməsi, yol kənarlarının abadlaşdırılması istiqamətində işlər görülüb.
Ötən həftə ərzində rayon icra hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin işçiləri tərəfindən Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısına, Şəhidlər Xiyabanı ərazisinə, M.Ə.Rəsulzadə küçəsində yol kənarlarına, Heydər Əliyev prospekti və Nizami küçəsinin, Natəvan və Mehdi Hüseynzadə küçələrinin, həmçinin Ə.Kərim və Natəvan küçələrinin kəsişməsində yerləşən avtomobil yollarının dairələrinə rayonun iqlim şəraitinə uyğun olaraq ümumilikdə 1176 ədəd müxtəlif növ dekorativ gül və çiçək kolları, 12 ədəd oleandr, 20 ədəd tuya ağacı və 2 ədəd palma ağacı əkilib.
Əkilən ərazilərdə əvvəlcə təmizlik işləri aparılaraq səliqə-səhman yaradılıb, ağacların dibləri şumlanıb, torpaq örtüyü münbitləşdirilib və əkilmiş bitkilərin suvarılması təmin edilərək ərazilər yabanı otlardan təmizlənib.
Şəhər Təsərrüfatı Birliyi tərəfindən mövcud yaşıllıqlar diqqət mərkəzində saxlanılaraq aqrotexniki qulluq tədbirləri şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq davam etdiriləcəkGöyçayRayonİcraHakimiyyəti #GoychayDistrictExecutiveAuthority #Goychay #RİH