İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Rayon Mərkəzi Xəstəxanası arasında imzalanan müqaviləyə əsasən “Tibb bacısı (qardaşı) işi” ixtisasının sonuncu kurs tələbələrinin xəstəxanada ixtisası üzrə istehsalat təcrübəsi davam edir.
Xəstəxananın baş tibb bacısı Azadə Bağıyeva, İstehsalat təcrübə rəhbəri Asiman Qasımlı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Tibb və təbiət elmləri” Fənn Birləşmə Komissiyasının sədri Elşən Həsənovun iştirakı ilə tələbələrlə həftə ərzində görülən işlərlə bağlı toplantı keçirildi. Toplantıda təcrübəçi tələbələrin qazandıqları praktik biliklər müzakirə olunub və növbəti həftə üzrə təcrübəçilərin şöbələrarası rotasiyası aparıldı. Tədbirin sonunda təcrübəçi tələbələri maraqlandıran suallara cavab verilərək onlara növbəti həftə ərzində görüləcək işlər barədə tapşırıq verildi.