İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında uzun illər səmərəli fəaliyyət göstərən Maliyyə şöbəsinin, mühasibatlıq bölməsi müdirinin yaş həddinə görə əmək müqaviləsinə xitam verilib.

Əmək fəaliyyəti dövründə kollektivdə böyük hörmət qazanan Ağadostu Vəzirova direktor Vidadi Rəhimov və İsmayıllı Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Fizuli Əhmədov tərəfindən Fəxri Fərmanla təltif olunub.

Baş həkim Nərgiz Rəhimova Fəxri Fərmanı əməkdaşa təqdim edib və öz xoş arzularını ona çatdırıb. Həmçinin digər həmkarlar da uzun illər birgə fəaliyyət göstərdiyi müddətdə Ağadostu xanımla bağlı xatirələrindən danışıb, Ona sağlam, xoşbəxt ömür arzulayıb.

İsmayıllı səhiyyə xəbərləri