Qaçaqmalçılar məhkəmə zalından azadlığa buraxıldılar

“Dubaydan Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə üç nəfər – Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov mühakimə edilib.

İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər 190 min manatlıq 5 ədəd qızıl külçənin qaçaqmal yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriblər.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb. Amma Aytən Əliyevanın sədrlik etdiyi hakimlər müttəhimlərin həbsdə qalmasına ehtiyac görməyib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi təyin edilib.

P.Dursunəliyev, M.Mehdiyev və Ə.İbrahimov 10 ay sonra məhkəmə zalından azadlığa buraxılıblar”.

Jurnalistləri saxta qaçaqmalçılıq ittihamı üzrə uzun müddətə azadlıqdan məhrum edən rejim əsl qaçaqmalçıları həbsdən azad edib.

Artıq hüquqa açıq hörmətsizlik nümayiş etdirməkdən belə çəkininmirlər.

Azadlıq qəzeti