
Göyçayda narkotik plantasiyası ifşa edildi
Polisin keçirdiyi əməliyyatla əvvəllər məhkum olunmuş Vaqif Məmmədov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun bağ sahəsində 30 kq çəkidə 182 ədəd çətənə kolu aşkarlanıb. Ərazini müşahidə etmək üçün videokamera sistemləri də quraşdırılıb.
Qazanc məqsədilə narkotik yetişdirən bu şəxs barəsində cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs edilib.