İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimovun tapşırığı ilə yeni təyinatını gözləyən Modul tipli xəstəxanda geniş əhatəli təmizlik işləri aparılıb.

2020-ci ildə COVİD-19 pandemiyasının geniş vüsət aldığı bir dövrdə möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə respublikanın bir çox bölgələrində, o cümlədən İsmayıllı rayonunda çarpayı fondunun artırılması məqsədilə Modul tipli xəstəxanalar yaradılıb. İsmayıllı şəhərində cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Modul tipli xəstəxanada 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı yaralanan əsgər və zabitlərin, o cümlədən 2020-2021-ci illərdə zona üzrə COVİD-19 pandemiyasından əziyyət çəkən ağır pnevmaniyalı xəstələrin intensiv müalicəsi təşkil olunub.

Uzun müddətdir istifadəsiz qalan 3 korpus, 4 yardımçı tikilidən ibarət Modul tipli xəstəxanada korpusdaxili və palatadaxili təmizlik işləri görülüb, həyatyanı sahə alaq otlarından təmizlənib, abadlıq işləri aparılıb.

İməcilik işlərində Dəstək xidmətləri söbəsinin təşkilatçılığı ilə xəstəxananın bütün şöbələrinin kiçik tibb işçiləri və Təsərrüfat bölməsinin əməkdaşları iştirak edib.