
İsmayıllı rayonu İvanovka kənd bələdiyyəsinin sədri Oleq Radayev haqqında redaksiyamıza maraqlı məlumat daxil olub.Məlumatda bələdiyyə sədrinin fəaliyyəti dövründə xeyli sayda qanunsuzluqlar törətdiyi,yaxud buna şərait yaradaraq vəzifə fəaliyyətsizliyinə yol verdiyi bildirilir.İnformator eyni zamanda qeyd edir ki,son seçkilərdə Oleq Radayev ən az səs yığsa da tapşırıq əsasında bələdiyyə sədri postunda otuzdurulub.Olduqca maraqlı məlumat olsa da bayram günlərinə təsadüf etdiyi üçün dəqiqləşdirmə aparmağa zərurət yaranır.Odur ki,qeyd olunan məsələlər barəsində bayramdan sonra araşdırmalar aparıb ictimaiyyətə təqdim edəcəyik.Bizi izləməyə davam edin.
Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
İnformasiya şöbəsi