Artıq iki ilə az qalıb ki aramızda yoxsan elimizin sevimli həkimi Hörmətli İlqar Doktor , amma bir gün belə biz səni unutmadıq, dilimizin əzbərisən.Sənin nurlu xatirən həmişə qəlbimizdə yaşayacaq, sən o qədər mənalı, o qədər şərəfli,o qədər xeyirxah ömür yaşamısan ki, səni tanıyan hər kəsin qəlbində əbədi yer almısan, səndən küsən-inciyən bir kəs tapılmaz. Yoxluğuna inanmaq olmur, sən həmişə bizimləsən, tez-tez səndən ,sənin xeyirxah əməllərindən danışırıq.
Bu gün Ramazan Bayramında səni məzarın üstüdə YAD etdik,Allah sənə Rəhmət etsin əziz 37 illik dostumuz İlqar Doktor,Ruhun Şad olsun,Rahat uyu əziz dostumuz,Sənin yerin Əbədi Yaşarların yanındadır!

Vidadi Rəhimov İsmayıllı səhiyyəsinin direktoru