31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə İsmayıllı şəhərində ümumrayon tədbiri keçirilib. Tədbir zamanı İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon ictimaiyyəti, rayon müəssisə və təşkilatları, o cümlədən
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektiv üzvləri 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə “Ana harayı” abidəsini ziyarət edib.

31 Mart soyqırımı hadisələri zamanı Azərbaycanını bir çox bölgələrində, həmçinin İsmayıllı rayonunun Tircan, Mücü, Bizlan, Qıçatan, Sulut, Zeyvə, Tağlabiyan, Kürdüvan, Zərnəva, Xankəndi, Sərdahar, Maçaxı, Kürdmaşı, Diyallı, Talıstan kəndlərində günahsız insanlar mənfur düşmənlər tərəfindən soyqırıma məruz qalıb.

Azərbaycan tarixində dəfələrlə baş verən soyqırım hadisələri zamanı həyatını itirən bütün həmvətənlərimizin xatirəsini hörmətlə yad edirik!

Allah rəhmət eləsin!