Qərb mətbuatında Trampın 3-cü dəfə prezident olmağı istəyi barədə məlumat yayılıb.

İlk növbədə qeyd edək ki, bu mümkündür. Tramp 3-cü dəfə prezident seçilə bilməsə də, ola bilər(seçki ilə yox, “rokirovka” ilə). Amma mahiyyət tamamilə fərqli məsələdədir.

Tramp və Putin siyasi-mənəvi əkizlərdir:

  • Putin qonşu ölkələri işğal edə bilir. Tramp da buna cəhd edəcək.
  • Putin rəqiblərini “aradan götürə” bilir. Artıq ABŞ-da da Tramp üçün xoşagəlməz adamların qətli presedenti var(prokuror Eyber).
  • Putin uzun müddət hakimiyyətlə qalır. Tramp da eynisini etmək fikrindədir.
  • Putin rejiminə loyal olmayanlar üçün Rusiyaya giriş qadağandır. Artıq ABŞ-da Trampı tənqid edən adamların ölkəyə buraxılmaması praktikası yaranır.

Və Tramp hakimiyyətdə hələ ki, cəmi 2 aydır…

Kamran Cəfərov politoloq