Dünya Çempionatında AKF-nın vitse-prezidenti Eduard Məmmədov 63 kq çəki dərəcəsində Kick Light və Light Contact versiyalarında Dünya çempionu olaraq möhtəşəm uğura imza atıb! 🇦🇿
Bu qələbə ilə Eduard müəllim “WAKO” versiyasında 10-cu dəfə Dünya çempionu titulunu qazanaraq, Azərbaycan idman tarixinə adını bir daha qızıl hərflərlə yazdırdı.
Bu möhtəşəm nailiyyət münasibətilə Eduard Məmmədovu ürəkdən təbrik edirik! 🇦🇿🥇🔥
Eyni zamanda Azərbaycan kikboksunun inkişafına göstərdikləri ardıcıl diqqət və böyük dəstəyə görə Kikboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyevə və Federasiyanın Prezidenti Orxan Əliyevə xüsusi təşəkkürümüzü bildiririk.
Onların idmana sevgisi, idmançılara yaratdıqları şərait və Azərbaycan bayrağını beynəlxalq arenalarda ucaldan dəstəkləri bu cür tarixi qələbələrin əsas təminatçısıdır. 🇦🇿💪
İdmanımızın inkişafı naminə göstərilən bütün səylərə görə minnətdarıq!
Adil Aliyev
Orxan Aliyev
Eduard Məmmədov
Azərbaycan Kikboksinq Federasiyası



















