16 fevral 2026-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 2026-cı ilin yaz seminar-müşavirəsi keçirilib.

Seminar-müşavirədə 2026-cı ildə görüləcək işlər barədə geniş məlumat verilib. Qarşıdan gələn “Novruz bayramı”ilə əlaqəli müzakirələraparılıb və təkliflər dinlənilib . Eyni zamanda, 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və memarlıq ili” elan olunması ilə əlaqədar olaraq qarşıda duran vəzifələr, prioritet istiqamətlər və fəaliyyət planları müzakirə olunaraq əməkdaşlara müvafiq tapşırıqlar verilib.

Tədbir çərçivəsində 2025 -ci ildə Mədəniyyət sahəsində keçirilmiş tədbirlərdə fəal iştirakına görə klub əməkdaşlarına İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və MİHİ İsmayıllı rayon Komitəsi tərəfindən“Fəxri fərman”lar təqdim olundu. Son olaraq bir daha iş prinsipləri, təşkilati məsələlər və mədəniyyət sahəsində görüləcək işlərlə yanaşı, keçirilmiş monitorinqlər, əmək intizamına riayət olunması və iş prosesində nizam-intizamın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb, bu istiqamətdə əməkdaşlara müvafiq tövsiyələr verilib.