Şimal-Qərb bölgəsində iki idarə rəisi işdən çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Balakən və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifələrindən azad ediliblər.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə 2016-cı ildən rəhbərlik edən Məhəmməd Şərifov işdən çıxarılıb. Direktor əvəzi vəzifəsinə isə Elvin Səmədov gətirilib.
Xatırladaq ki, Elvin Səmədov bir neçə il idi ki, həmin idarədə direktorun müavini işləyirdi. O, Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Səmədovun oğludur.
Digər bir əmrlə 2016-cı ildən Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbərlik edən Rahib Əhmədov da vəzifəsindən azad edilib. Onun yerinə Namiq Ağayev direktor əvəzi təyin olunub.
Mənbə: Bizim. Media


















