14 fevral 1994-cü ildə Murovda donaraq həlak olmuş 1500- dən çox qəhrəman şəhidlərimizi hörmətlə anırıq.
Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”. (Vəliməmmədov, 2019:159).

Allah bütün şəhidlərimizə rəhmət eləsin amin