Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.

13 fevral 2026-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Qəbələ şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir təşkil olunmuşdur. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, təhsil sektorunun nümayəndələri və valideynlərin iştirak etdiyi tədbirdə şagirdlərin təhsildən yayınmasına gətirib çıxaran amillərin aradan qaldırılmalı olduğu vurğulanmış və bu kimi arzuolunmaz halların baş verməməsi üçün ümumtəhsil məktəblərində maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Tədbir qarşılıqlı fikir mübadiləsi şəklində davam etmişdir.

Qəbələ rayon icra hakimiyyəti