Nəzərinizə çatdırırıq ki,son illər ərzində İsmayıllı rayonu ərazisində yerləşən meşələrdə ayrı -ayrı adlar altında meşələr kütləvi şəkildə qırılaraq məhv edilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6-Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin “RMTM” rəhbərliyində təmsil olunan bir neçə nəfər şəxslərin korporativ maraqları naminə meşələr amansızlıqla qırılaraq,odun tədarükünə və ətraf rayonlarda yerləşən meşə materialları istehsalı ilə məşğul olan sexlərə satılmışdır.Diqqət edəndə məlum olur ki, İsmayıllı rayonu ərazisində İstisu,Qalacıq, Sumağallı,Qurban əfəndi,Diyallı, İsmayıllı şəhəri ərazisində 2-ədəd meşə materialları istehsalı ilə məşğul olan sexlər var.Bu sexlərin fəaliyyəti heç bir aidiyyatı qurumlar tərəfindən təftiş olunmayıb və həmin sexlərin fəaliyyətinə şəxsi maraqlar naminə göz yumulur.Sual olunur məgər İsmayıllı şəhəri və kəndlərində qeyri-qanuni şəkildə fəaliyyət göstərən sexlərdə istehsal olunan meşə materialları Bakıdan, Gürcüstan,yaxud İstanbuldan gətirilir?Əlbətdə ki, bütün bu materiallar İsmayıllı, Qəbələ, Oğuz meşələrindən gətirilir.Bəs onda EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN 6-SAYLI REGİONAL EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR İDARƏSİ HARA BAXIR?NİYƏ MEŞƏLƏRİN QIRILMASI HESABINA İSTEHSAL OLUNAN KÖMÜRƏ DUR DEYİLMİR?KÖMÜR İSTEHSAL EDƏN ŞƏXSLƏR DEYİR Kİ,HƏR AY EKOLOGİYA İDARƏSİNİN HAQQI ÇATDIRILIR.BAŞA DÜŞMƏK OLMUR BU NƏ HAQDIR VƏ BU HAQQI KİM YA KİMLƏR MÜƏYYƏNLƏŞDİRİR? ZƏHMƏT ÇƏKİB REGİONAL 6-SAYLI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR İDARƏSİ CAVAB VERSİN.

İsmayıllıda meşələrin qırılmasının qarşısını almaq üçün hazırkı nazir Rəşad İsmayılov cənablarına müraciət etmişdik.Biz həmin yazıda konkret hədəflər göstərməmişdik və bu gün də günahkar axtarmaq fikrində deyilik.Sadəcə xahiş edirdik ki, yaşıllıqlar qırılmasın,qorunsun və bu işdə səhlənkarlıq edənlər vəzifələrindən uzaqlaşdırılsın,yeniləri ilə əvəzlənsin.

Ekologiya və təbii sərvətlər nazirliyi belə bir qərar qəbul etdi və 6-Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olan Oqtay Mirzəyevi vəzifəsindən azad etdi və hörmətli Oqtay müəllimi 15-saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor müavini təyinatı ilə kifayətləndi.Əlbətdə ki,biz cənab nazirin verdiyi qərarı təftiş etmək fikrində deyilik və gerçəkdən bu səlahiyyətimiz də yoxdur.Dəyərli Oqtay müəllimi yeni təyinat münasibətilə təbrik edib gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

Qeyd edirik ki,Qəbələ və Oğuz rayonlarından redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, 15-saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin RMTM ərazisində yerləşən meşələrdə yaşıllıqlar kütləvi şəkildə qırılıb və bu proses bu gün də davam edir.Məsələ burasındadır ki,bu proses rəhbəri kimi mərkəzin direktoru olan hörmətli Əkrəm Babayevin adı hallanır.Bildiyimiz qədər Əkrəm müəllim işgüzar direktor kimi həmişə rəhbərlik tərəfindən qiymətləndirilib.Ancaq bu gün baş verənlər fonunda onu deyə bilərik ki,yaxın günlərdə 15- saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində baş verənlərə münasibət bildirərək onları efirləşdirəcəyik.

Cənab Nazir Rəşad İsmayılova müraciət etmək istəyirik ki,meşələrin mühafizəsi xidmətinin rəisi hörmətli Ramik Əşrəfovun fəaliyyəti təftiş olunsa yaxşı nəticələr əldə etmək olar.Çünki hazırda bütün regionlarda meşə direktorları hörmətli Ramik Əşrəfovun kadrlarıdır və bütün ərazilərdən şikayətlər var.Bu məsələ barəsində yenidən mövzuya qayıdacağıq.

Bəli,6-saylı Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olan məlumata görə mərkəzə yeni direktor təyinatı gözlənilir.Xeyrli olsun.Ancaq bəyan edir və hamını bu istiqamətdə fəal olmağa çağırırıq.İmkan verməyin ki, meşələri qırsınlar.İsmayıllıda meşələrdən kömür istehsalı,meşə materialları istehsalı və sair kimi şeylərə imkan verməyin.İsmayıllıda yuxarı ZƏRNAVA KƏNDİ ƏRAZİSİNDƏ MEŞƏLƏRİN KÜTLƏVİ ŞƏKİLDƏ qırılması faktı təfsilatı və dəqiqliklə araşdırılsın hüquqi qiymət verilsin.Cənab nazir Rəşad İsmayılovdan xahiş edirik ki, bu istiqamətdə öz qətiyyətli mövqeyini ortaya qoysun.

Redaksiyadan: Mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Araşdırmalarımız davam edir.