
Ukrayna Rusiya tərəfindən işğala məruz qalmış qurbandır.
Putin 3 il öncə Ukraynaya qarşı savaş başladandan sonra Zelenski dəfələrlə ölümlə üz-üzə gəlib. Yalnız şəxsi cəsarəti və nümunəsilə xalqını həmin ağır zamanlarda kənardan labüd görünən acı məğlubiyyətdən xilas edib.
Ukrayna xalqı hazırkı şəraitdə daha ciddi səfərbər olunmalıdır. Təkcə siyasi səfərbərliyi nəzərdə tutmuram. İndi Ukrayna üçün daha ciddi hərbi səfərbərlik də zərurətə çevrilib.
Avropa liderlərinin Ukraynaya dəstək verməsi ümidvericidir. Ancaq Avropa da daha sürətli və miqyaslı qərarlar qəbul etməli, Avropaya inteqrasiyanı, azadlıq və demokratiyanı seçmiş Ukraynaya tam olaraq sahib çıxmalıdır.
Gözlərimiz önündə dünya düzəni dəyişir. Ukraynanın, hüquq və ədalətin, böyük Rəsulzadənin dediyi kimi, insan hüquqlarından yana olan tərəfin qalib gələcəyinə inanıram.