Qırılan ümidlərin fotosu…..
Yaxud da qərblilərin demokratiya nağıllarının qurbanı. Təkcə özünün yox, bütöv bir xalqın,dövlətin yaşam savaşını qərblilərə ümid etmək həqiqətən ağılsızlıq idi. Volodimir məşhur şoumen olsa da dünən dünya ondan geri qalmayan Tramp şousunun fraqmentləri ilə silkələndi. Qərblilər həqiqətən qocalıblar, ya da dünya nizamını və proqresiv dəyişiklikləri bilərəkdən gözardı edirlər. Qədimdən qalma metodlar açıq aşkar dilə gətirilir və Ukraynaya слава deyənlər, Volodimiri ayaqüstə alqışla qarşılayanlar indi bütov bir dövlətin maddi resurslarının müharibəsini edir. Əslində oxşar mənzərədir. 30 ildən çox #ATƏT in, #BMT nin nağılları ilə uyutdurdular bizi.Amma biz özümüzü guya bu nağıllara inanırmış kimi göstərdik və aramla,səbrlə, ehtiyyatla düzgün zamanı gözlədik. Bu zamanın mütləq olaraq gələcəyini bilərək doğru zamana hazırlandıq. Fərqimiz budur! Ölkələrin taleyi bəzən rəhbərlərdən o qədər asılı olur ki, bunu sözlə ifadə etmək çətin olur. Volodimir yanlış zamanda və yanlış ümidlərə arxayın olmaqla tarixin ən böyük səhvini etdi.Ukrayna xalqı və dövləti uzun illər bu yanlışın ağrısını daşımağa məhkum edildi.

Zaur Muradov Yap İsmayıllı təşkilatının sədri