Salyanda AĞIR QƏZA: ÖLƏNLƏR və xəsarət alanlar var
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SimalRegion.Az Gunxeber.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.



















