Trampın Nyu York Taymsa 4 saatlıq intervüsünün ən maraqlı hissələri

“Mənə beynəlxalq hüquq lazım deyil — insanların zərər görməsini istəmirəm”. Tramp New York Times-a dörd saatlıq müsahibə verib və Qrenlandiyanın ona niyə lazım olduğunu izah edib
ABŞ prezidenti Donald Tramp adətən ona tənqidi yanaşan New York Times qəzetinin dörd jurnalisti ilə dörd saatlıq müsahibə keçirib. Söhbət zamanı o, xarici və daxili siyasətlə bağlı bir sıra bəyanatlar səsləndirib.
▪️ Hərbi, iqtisadi və siyasi hakimiyyətinin mümkün məhdudiyyətləri barədə sualı cavablandıran Tramp deyib:
“Bəli, bir şey var — mənim öz mənəviyyatım. Öz başım. Məni dayandıra bilən yeganə şey budur. Mənə beynəlxalq hüquq lazım deyil, çünki insanların zərər görməsini niyyətim yoxdur”.
Jurnalistlər dəqiqləşdiriblər ki, bu, onun administrasiyasının beynəlxalq qanunlara əməl etməməsi deməkdirmi. Tramp cavab verib:
“Mən onlara əməl edirəm. Bu, sizin beynəlxalq hüquq deyəndə nəyi nəzərdə tutmağınızdan asılıdır”.
▪️ NATO, yoxsa Qrenlandiya? Hansının onun üçün daha vacib olduğu sualına Tramp birbaşa cavab verməyib, lakin bunun “ola bilsin ki, ya bu, ya o” seçimi olduğunu etiraf edib. O həmçinin bildirib ki, ABŞ-ın iştirakı olmadan NATO, onun fikrincə, böyük ölçüdə mənasını itirir.
▪️ Avropa haqqında:
“Mən Avropaya qarşı çox sadiq olmuşam. Mən öz işimi yaxşı görmüşəm. Əgər mən olmasaydım, Rusiya indi bütün Ukraynaya nəzarət edərdi”, — deyə Tramp bildirib.
▪️ Trampa Qrenlandiya niyə lazımdır:
“Çünki mən bunun uğur üçün psixoloji cəhətdən vacib olduğunu düşünürəm. Məncə, mülkiyyət icarə və ya müqavilə yolu ilə əldə edilə bilməyən imkanlar yaradır. Sahibliyin sadəcə sənəd imzalamaqla qazana bilməyəcəyin üstünlükləri var”.
▪️ Seçkilərə münasibət:
Tramp bildirib ki, o, “həmişə” seçkilərin nəticələrinə hörmət edir — ancaq onların “saxtalaşdırıldığı” və “ədalətsiz” olduğu hallar istisna olmaqla.
▪️ Korrupsiya:
Tramp ailə üzvlərinin xaricdə biznes aparmasında problem görmədiyini deyib.
“Birinci prezidentlik dövrümdə onlara bizneslə məşğul olmağı qadağan etdim və buna görə heç bir müsbət qiymət almadım”, — deyə o vurğulayıb.
▪️ Süni intellekt yarışı:
“Süni intellekt sahəsində müharibəni kim udsa, dünyanı o idarə edəcək”, — deyə Tramp bildirib. O həmçinin qeyd edib ki, süni intellekt “çox böyük sayda iş yerləri” yaradacaq, lakin onları yerinə yetirəcək insanlar çatmaya bilər, buna görə də “robotlardan istifadə etmək lazım gələcək”.

azadlıq qəzeti