
İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.
SimalRegion.Az Gunxeber.Az-a istinadla xəbər verir ki, hadisə nəticəsində ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.
Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalar davam etdirilir.