
Ələt-Astara magistralında avtoxuliqanlıq edib görüntüləri paylaşdı – nəticəsi həbs və sürücülük hüququndan məhrum edilmə oldu.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə “VAZ 2107” markalı avtomobilin sürücüsü Mahir Məmmədlinin Ələt-Astara magistral yolunda avtoxuliqanlıq etdiyi müəyyən edilib. O, təhlükəli manevrləri videoya çəkərək sosial şəbəkədə yayıb.
M.Məmmədli məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.
⚠️ Yol hərəkəti təhlükəsizliyi – hər kəsin məsuliyyətidir.