Litva prezidenti Rusiyaya qarşı sanksiyaları daha da kəsgin şəkildə sərtləşdirməyə çağırıb.

Litva prezidenti Gitanas Nauseda Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsini və bütün qalan Rusiya banklarının SWIFT sistemindən çıxarılmasını və kölgə donanması adlanan gəmilərə sanksiya tətbiq edilməsini istəyir.

Prezident həmçinin Rusiyanın dövlət büdcəsini maliyyələşdirən “Şimal axını”, “Rosatom”, “Qazprom” və “Lukoyl” kimi enerji şirkətlərinə məhdudiyyətlərin daha da genişləndurməyi təklif edib.

“Əks halda onlar bizi zəif hesab edəcəklər və Avropanın cəsarətli qərarlar verməyə hazır olmadığına inanacaqlar”.