Yeganə ümid və çıxış yolu

İqtisadi həyatın idarə edilməsində çətinlik çəkən Sovet höküməti korrupsiya və durğunluq məngənəsində sıxılırdı. Milyonlarla insanın qanı bahasına yaradılmış inzibati – amirlik sistemi illər ötdükcə öz səmərəsini itirirdi. Milli sərvətlərin talanması mərkəz qarşısında yalan məlumatların verilməsi rəqəmləri şişirdilmiş hesabatlar və “ qardaş “ respublikalara münasibətdə milli ayrı – seçkilik sadə sovet vətəndaşlarının şüurunda kommunist ideologiyasına və onu təmsil edən Komunist Partiyasına inamı azaldır sovet cəmiyyətinin mədəni və mənəvi həyatına zərbə vururdu.
Ermənistanda yaşayan soydaşlarımızın deportasiyası , Qarabağdakı qarşıdurmalar, Sumqayıt fitnəkarlığının törədilməsi vəziyyəti daha da gərginləşdirdi. Qarabağda müharibənin alovlanması ardıcıl məğlubiyyətlər torpaqlarımızın itirilməsi iyun qiyamının baş verməsi rəhbərliyin kadr siyasətindəki səhvləri və idarəçilikdə yol verdiyi ciddi qüsurların nəticəsi idi.
Azərbaycan məhv olmaq təhlükəsi ilə üz – üzə qalmışdı. İctimai – siyasi proseslər idarəolunmaz forma almışdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular. Dövləti idarə edən şəxslərin nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalq ağır vəziyyətə düşmüş və ən başlıcası isə mənəvi cəhətdən sarsılmışdır.
Azərbaycanın ümumi vəziyyətinin nə qədər çətin və təhlükəli olduğunu ziyalılar yaxşı dərk edirdilər. Azərbaycanı belə ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi böyük dövlət xadimi , bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilərdi. Respublikanın bütün əhalisi Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi.
1993 – cü il iyunun 15 – də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün ölkənin tarixinə Qurtuluş Günü kimi daxil oldu. Beləliklə dahi siyasətçı Azərbaycan rəhbərliyinə qayıtdı, onun müstəqilliyini möhkəmləndirdi , onu əbədi və dönməz etdi. Demokratik , hüquqi , dünyəvi bir dövlət quraraq onu gücləndirdi. Müdrik siyasəti nəticəsində ölkə çətinliklərdən üzüağ çıxaraq sosial – iqtisadi sahədə böyük uğurlara imza atdı.

İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru:Xuraman Qurbanova.