İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə dair alqoritmlər” mövzusunda növbəti təlim təşkil olunub.

Təlim zamanı baş həkim Nərgiz Rəhimova ilə Təcili Təxirəsalınmaz Tibbi yardım bölməsinin həkimləri birgə mövzu ətrafında elmi müzakirələr aparıb. Həmçinin Təcili Təxirəsalınmaz Tibbi yardım bölməsinin həkimi İlhamə Musayeva klinik praktikada istifadə olunan alqoritimlərdən biri olan Diabetik komalar” haqqında çıxış edib.

İsmayıllı rayon mərkəzi xəstəxanası