Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, rəsmi Bakı və rəsmi Yerəvan NATO ilə əməkdaşlığın dərinləşməsinin risklərini nəzərə almalıdır.

Bu bəyanat faktiki olaraq açıq təhdiddir. Lakin “NATO” deyərkən əslində kim nəzərdə tutulur?

Cənubi Qafqazda NATO-nun əsas àktoru Türkiyədir. Məhz Türkiyə, Rusiyanın alovlandırdığı və uzun illər ərzində “dondurulmuş münaqişə” statusunda saxladığı Qarabağ probleminin birdəfəlik həllinə əvəzsiz töhfə verib.

Qarabağ münaqişəsinin həlli Rusiyanın regiondakı geosiyasi mövqelərinə ciddi zərbə vurdu. Üstəlik, bu azmış kimi, Türkiyə Rusiyanın təsir dairəsindən çıxmağa çalışan Ermənistana da qucaq açır.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması isə Cənubi Qafqazda Rusiyanın geosiyasi təsiri üçün tabutda son mismar ola bilər.

Həmçinin, görünən odur ki, Azərbaycan-Türkiyə münasibətləri elə bir səviyyəyə çatıb ki, bu, artıq Rusiya üçün “qəbuledilməz” hədd hesab olunur.

Kamran Cəfərov politoloq