
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Sədiri Cənab İnam Kərimova sürəti: Məhkəmə hüquq şurasının aparat rəhbəri cənab İnam Kərimova.
Siyəzən şəhəri M.Füzui küçəsi, ev 39, Sədrəddinov Raman Nadir oğlu tərəfindən
Şikayət-Ərizəsi
Hörmətli Sədir Məlumat üçün diqqətinizə çatdırmaq İstəyirəm ki, Siyəzən məhkəməsinin 2(059)-63/2021 və 8(059)-3/2024 nömrəli qətnamələri Siyəzən rayon icra və probasiya şöbəsinin icraatında olan cavabdehlər Sədrəddinov Raman Nadir oğlundan və Sədrəddinov Kamil Nadir oğlundan müştərək qaydada hər birindən təqribən 6500 manat zərərin əvəzinin tutularaq iddiaçı Məmmədov Vüqar Əzizulla oğluna ödənilməsi ilə bağlı bildirmək istəyirəm ki, ailəliyəm, himayəmdə 2 nəfər yetkinlik yaşına çatmamış məktəbli övladlarımla birlikdə 4 nəfərdən ibarət ailə üzvlərimlə kirayədə yaşayaraq, işsizəm və ailədə işləyib gəlir gətirən və ya pensiya, müavinət alanım olmamaqla yalnız günəmuzd işlərdə işləməklə 15-20 manat, aylıq isə təqribən 450-500 manat civarında qeyri sabit pul qazanmaqla, məktəbli övladlarımın təhsili ilə bağlı və ailə üzvlərimin yaşaması üçün gündəlik ərzaq və ev-kirayə pulumu təmin etməklə, maddi imkanım çatdıqca sözügedən məhkəmə qətnaməsini aybaay müxtəlif məbləğlərdə ödənişlər edərək və ödənişləri davam etdirirəm.
Onuda qeyd edirəm ki, mülkiyyətimdə heç bir əmlakım yoxdur ki, satıb borcumu birdəfəlik ödəyim.
Nəzərinizə çatdırıram ki, tələbkar Məmmədov Vüqar Əzizulla oğlunun adına Siyəzən rayon icra və probasiya şöbəsində açılmış hesab nömrəsinə müxtəlif məbləğlərdə, müştərək qaydada tərəfimizdən 1000 manat, 300 manat, 200 manat məbləğində ümumilikdə ödədiyimiz 2000 manatdan artıq ödənişlər tələbkar Məmmədov Vüqar Əzizulla oğlu tərəfindən götürülmədən icra və probasiya şöbəsinin xəzinəsində aylardır ki, qalmışdır.
Eyni zamanda onuda diqqətinizə çatdırmaq istəyirəm ki, tərəfimizdən dəfələrlə rəsmi ərizələrlə Siyəzən rayon məhkəməsinə və rayon icra və probasiya şöbəsinə müraciətlər edərək sözügedən borcun birdəfəlik ödəməyə maddi imkanım olmadığı üçün həmin borcun hissə-hissə, ayda 100-150 manat civarında ödənilməsi üçün qərar qəbul edilməsi barədə məhkəmədən xahiş etsəmdə əfsuslar olsun ki, hələ 8 yanvar 2019-cu ildən başlayaraq bizə qarşı və rayonda etdiyi bir sıra qanunsuz, ədalətsiz hərəkətlərindən tərəfimizdən bir sıra yuxarı dövlət orqanlarına etdiyimiz rəsmi şikayətlərimizdən qəzəblənən Siyəzən rayon məhkəməsinin sədri Bəylər Ələkbərov bizə qarşı bu günə kimi də, öz qərəzli əməllərini davam etdirərək hər dəfə haqlı müraciətlərimizi təmin etməyərək, rədd etməklə bu ana kimi də, nəyin bahasına olursa-olsun bizdən intiqam almaq istəyərək, günahsız yerə olsa da, məni cinayətə sürükləməyə çalışaraq indiyə kimi də, cəhd göstərirlər.
Belə ki, Siyəzən rayon məhkəməsinin sədri cənab Bəylər Ələkbərovun diktofkası altında, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhadlı Tural Novruz oğlu 06.05.2025-ci il tarixində telefon vasitəsilə bizi Siyəzən rayon icra və probasiya şöbəsinə çağırıb apararaq cavabdehlərə heç bir rəsmi xəbərdarlıq bildiriş məktubları göndərilmədiyi halda özü tərtib etdiyi bir neçə sənədlərə oxumadan bizə imza etdirdikdən sonra, öz maddi marağına görə iddiaçı Məmmədov Vüqar Əzizulla oğlunun “sifarişi” ilə barəmizdə inzibati qanunsuz protokol tərtib edərək, bir icraatda birləşdirilən mülki işlə bağlı aybaay ödənişlər etməyimizə baxmayaraq, vəfat etmiş 11 yaşlı ailə üzvümüm “40” mərasiminə 3 gün qalmış məhkəmənin qərarı ilə ədalətsiz olaraq məni 10 sutka inzibati həbs etməklə Siyəzən rayon polis şöbəsinin müvəqqəti saxlanma yerində xəstə vəziyyətdə, demək olar ki, hər gün təcili yardımdan gələn həkimlərin göstərdiyi tibbi yardımla saxlayaraq mənə əzab-əziyyət vermişlər.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhadlı Tural Novruz oğlunun öz şəxsi mənafeyisi xatirinə, tələbkar Məmmədov Vüqar Əzizulla oğlunun “sifarişi” ilə mənə qarşı etmiş olduğu qanunsuz əməllərini əyani təsdiq edən icra məmuru Fərhadlı Tural Novruz oğlunun məndə olan səs yazılarıda təsdiq edər.
Həmin səs yazıları Siyəzən rayon prokurorluğunda 27.05.2025-ci il tarixində bu şikayətimlə bağlı verdiyim izahatıma əlavə olunmuşdur.
Odur ki, yuxarıda qeyd olunan faktların nəzarətiniz altında tam, hərtərəfli və obyektiv yoxlanılaraq onların bu kimi qanunsuz və məmura yaraşmayan hərəkətləri barəsində qanuna müvafiq təcili və təsirli tədbirlərin görülməsini bir daha sizdən rica edirəm.
Öncədən sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə: Sədrəddinov Raman Nadir oğlu. Tarix:11.06.2025 Ci-il Şəxsiyət Vəsqəsnin:Sera Nömrəsi :AA 5826794 ƏLAQƏ(070)365 13-15