
DSX-nın rəisi Elçin Quliyev oğlu Məhəmməd Quliyevə polkovnik-leytenant rütbəsi verib
27 yaşlı Məhəmməd 2019-cu ildə DSX da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb. Bəs qanun nə tələb edir?
İlk növbədə qanun tələb edir ki, yaxın qohumlar eyni yerdə dövlət idarəsində işləyə bilməz.
Rütbələrim verilməsi müdəti necədir?
Leytenant- Baş Leytenant 3 il
Baş Leytenant- Kapitan 4 il
Kapitan- Mayor – 4 il
Mayor-polkovnik-leytenant 5 il
Toplam 16 il xidmət edən zabit polkovnik -leytenant rütbısi ala bilər. Müharibə dövründə müddətlər azaldılır. Lakin bala Quliyevin xidməti dövründə cəmi 44 gün müharibə olduğundan bu istisna ona şamil edilə bilməz.
Azadlıq qəzeti