Viktor Orban:”Mən hesab edirəm ki, ruslar ancaq güc dilini başa düşürlər. Avropa güclü olmalıdır və danışıqları(ruslarla) güc mövqeyindən aparmalıdır.”

Bu sözləri dünən Viktor Orban fransız telekanalına müsahibəsində deyib.

Məsələ odur ki, Avropa nəhəng hərbi-siyasi konsolidasiya prosesinə start verib və proses Rusiya ilə açıq qarşıdurmanı hədəf alır. Avropanın hərbi-siyasi konsolidasiyası həm də Avropada rusyönlü qüvvələrin zərərsizləşdirilməsini nəzərdə tutur və bunun məqsədi, siyasi birliyə mane olan elementləri aradan qaldırmaqdır.

Orban bunu hiss edir və batan gəmidən hələ qaçmağa imkanı olmasa da, “dənizə ilk qayığı” atmağa çalışır.

Bu hələ Orbanın “U” dönüşü deyil, amma təhlükəni hiss edərkən “U” dönüşünə zəmin yaratmaqdır.

Kamran Cəfərov politoloq