ABŞ Prezidenti Donald Tramp iranlılarla bütün görüşləri ləğv etdiyini açıqlayıb.
TruthSocial sosial şəbəkəsində paylaşım edən Tramp iranlıları etirazları davam etdirib, dövlət institutlarını ələ keçirməyə çağırıb:
“Qatillərin və istismarçıların adlarını yadda saxlayın. Onlar çox böyük hesab ödəyəcəklər. Mən etirazçıların mənasız qətlləri bitməyənə qədər iranlı məmurlarla bütün görüşləri ləğv etmişəm. Yardım artıq yoldadır”.
Tramp sitatındakı son cümlə ilə bağlı detal verməyib.
ABŞ lideri bundan öncə İranda etirazçıların öldürüləcəyi təqdirdə İranı vuracaqlarını bildirmişdi. Tramp bənzəri fikri son bir həftə də dəfələrlə təkrarlayıb. ABŞ mətbuatı isə Trampa bu gün İranla bağlı hərəkət planlarının təqdim ediləcəyini açıqlamışdı. Lakin planın içində nələrin olacağı bildirilməmişdi.
Bununla belə Tramp yanvarın 12-də İranla ticarət edən edən ölkələrə 25% ticarət rüsumu tətbiq edəcəyini açıqlayıb. Tehranla geniş ticarəti olan Çin buna artıq etiraz edib. İran hakimiyyəti isə ABŞ-nin iranlı etirazçıları öldürməsi fikrini qəbul etmir, yalnız “terrorçuları” zərərsizləşdirdiyini deyir.
İranla bağlı son xəbərlər üçün bura daxil ol – https://smarturl.click/WRnzW
azadlıq radiosu



















