Qətərin paytaxtı Dohada 22-si ərəb dövləti olmaqla 57 İslam dövləti İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında toplanaraq İsrailiin ünvanına əsib-coşdular. Dohadan səslən haylı-küylü bəyanatların əks-sədası çəkilməmiş İsrail ordusu Qəzza üzərinə hücuma başladı. Üstəlik İsrail bunu Çin və Qətəri təhdid edrək gerçəkləşdirir.
57 İslam dövlətinin İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısından bir neçə saat sonra İsrailin Qəzzaya hücuma başlaması İslam aləminin nə qədər rəzil vəziyyətdə olduğunu göstərir.
Digər diqqət çəkən bir məqam İsrailin Qəzaaya hücumu ABŞ-ın dövlət katibi Marko Rubionin İsrailə səfərindən dərhal sonra başlatmasıdır. Axios nəşrinin məlumatına görə, Rubio ABŞ-ın İsrailin Qəzzaya hücumunu dəstəklədiyini, ancaq əməliyyatın qısa zamanlı olmalısını istədiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında iştirak etməməsi çox doğru addımdır. Yanlış olan tədbirdən tamamilə imtina edilməməsi, xarici işlər naziri Ceyhun Bayramov Zirvədə iştirakıdır.
İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısının nəticəsizliyi bir daha təsdiq etdi ki, Azərbaycan faydası olmayan, zərəri olma ehtimalı çox yüksək olan bu formatda fəaliyyətini məhdudlaşdırmalı, bəlkə də tamamilə imtina etməlidir.
Azərbaycan daha çox ABŞ-la imzalanacaq Strateji Tərəfdaşlıq Xartiyasına, bu xartiyanın üzərində “Xəzər asayişi” Alyansının yaradılmasına, Böyük Britaniya ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri strateji müttəfiq səviyyəsinə çatdırmaq üçün çalışmalıdır.
Xəqani Cəfərli politoloq



















