Almaniya futbol üzrə dunya çempionatını boykot edə bilər
ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planı Almaniya siyasi dairələrində kəskin reaksiyaya səbəb olub. XDİ/XSİ parlament qrupunun xarici siyasət üzrə sözçüsü və kansler Fridrix Merzin yaxın adamı Yurgen Hardt, Welt-in məlumatına görə, ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılan 2026-cı il Dünya Kubokunu boykot etmək ehtimalını istisna etməyib.
Hardt turnirin boykotunun Tramp administrasiyasını Danimarka ərazisinə olan iddialarından imtina etməyə məcbur etmək üçün “ifrat tədbir” ola biləcəyini bildirib.
azadlıq qəzeti



















