Azərbaycanın xam neft ixracından gəlirində böyük azalma – 17 faiz!

2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycandan 13 milyard 139 milyon 24 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 85 milyon 242 min dollar və ya 7,6% azdır. Azalma xam neft satışından daxil olan valyuta məbləğinin düşməsilə əlaqədardır.

Marja.az-ın Dövlət Gömrük Komitəsinin aylıq statistikalarına əsasən apardığı hesablamaya görə, xam neft ixracı dəyər ifadəsilə 1 milyard 565 milyon 706 min dollar və ya 17% azalaraq 7 milyard 660 milyon 230 min dollara düşüb.

Marja.az