
Azərbaycan Respublikasının Prezidenti Hörmətli Cənab İlham Əliyevə.İsmayıllı Rayonunun Uştal kənd sakini Şirinov Zamin Əyyub oğlu tərəfindən.
Ə R İ Z Ə
Yazaraq sizə bildirmək istəyirəm ki,2020-ci ildə Soltankənd kənd bələdiyyə sədri Ələkbərov Niyazi Zamir oğluna 0,08h həyət yanı torpaq almaq üçün ərizə ilə müraciət etdim. Niyazi Ələkbərov qarşılığında məndən 3000 min manat pul alaraq həmin torpaq sahəsini mənim xüsusi mülkiyyətimə sənədləşdirib keçirilməsinə söz vermişdi.Lakin 5 il müddət keçməsinə baxmayaraq məsələ öz həllini tapmamışdır.Mən dəfələrlə Niyazi Ələkbərov ilə bu barədə söhbət etsəmdə,hər dəfə söhbət zamanı mənə yalançı vədlər verərək bildirirdi ki, narahat olma sənədlərini qaydasına qoyacam. Ancaq 2024 ci ilin sonlarında həmin məsələni həll etmək əvəzinə gizlicə kəndi tərk edərək Türkiyə Respublikasına qaçıb getdi.Mən məcbur olub Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin qaynar xətt 161 çağrı mərkəzinə məlumat verdim.Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsi mənim müraciətimi İsmayıllı Rayonunun İcra Hakimiyyətinin Hüquq şöbəsinə yönəltmişdirlər.Niyazi Ələkbərovun adına saxta arayış yazaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinə yalan məlumat verərək güya Soltankənd kənd Bələdiyyəsi Niyazi Ələkbərov xəstəliklə əlaqədar Türkiyə Respublikasına qaçmayıb gedib.İsmayıllı Rayonunun İcra Hakimiyyətinin Hüquq şöbəsinin mənə göndərdiyi məktubda yazılıb ki,güya mənimlə telefon əlaqəsi saxlanılıb,mənə ətraflı məlumat verilib.Yalan məlumatdır mənimlə heç kim əlaqə saxlamayıb. Hal-hazırda Niyazi Ələkbərov Türkiyə Respublikasında özəl bir şirkətdə işləyir.Hörmətli cənab Prezident bu hadisə haqqında sizə məktub ünvanlamışdım lakin bu günə qədər heç bir tədbir görülməyib.Cənab prezident mənim şikayətimə baxılmasına bir Azərbaycan vətəndaşı kimi sizdən çox xahiş edirəm. Əvvəlcədən sizə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
İmza: Zamin Şirinov
Tarix:
Tel 050 425 04 34.
Redaksiyadan: Məsələ ilə bağlı bildiririk ki, adıçəkilən bələdiyyə sədri ilə aramızda hər-hansı münaqişə yaxud qərəz yoxdur və şəxsi normal bir ziyalı kimi tanıyırıq.Eyni zamanda daxil olan müraciətə görə də saytımız hər-hansı məsuliyyət daşımır.Əgər Niyazi Ələkbərovun baş verənlərə dair hər-hansı açıqlaması yaxud fikri varsa, məmuniyyətlə onun da fikrini dərc etməyə hazırıq.