Vəkil Zabil Gahramanov yazır:

Gəncə Ağır Cinayətlər Məhkməsinin sədri cənab Natiq Əliyevə vəsatət verirəm ki,təqsirləndirilən şəxs Ərşad İbarahimovun şüşənin arxasından çıxarılsın və müdafiəçinin yanında otursun. Cavab ondan ibarətdir ki, mən gedib təqsirləndirilən şəxsin yanında şüşənin arxasında oturum. Məhkəmə hüquq islahatları davam edir. Məhkəmə sədri hələ bilmir ki, onun qəbul etdiyi qərar onun deyil dövlətin adından çıxardılır. Dövlətin adından görün kimlər qərar çıxardır. Bundan başqa məhkəmə prosesində iclasların təyin edilməsi ilə bağlı heç kimin fikri nəzərə alınmır. Deyirik ki,bizim başqa məhkmədə proseslərimiz var. Məsələn mənim 17.01.2025-ci il tarixdə saat 11:30-da Ali Məhkəmədə cənab İlqar Cəfərovun icraatında işim var. Götürüb vəkillər kollegiyasına zəng edir ki, vəkil prosesə gəlmir. Mən məhkəmə prosesində bildirmişəm ki, mənim Ali Məhkəmədə prosesim var. Cənab Natiq Əliyevdən xahişimiz budur ki, vəkili nəqliyyat vasitəsi olaraq F35 təyarəsi ilə təmin etsin. Bunu etsə hüquq sahəsinə böyük tövhə vermiş olacaq.