
Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, AR Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, ƏN Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakultəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü (Hüquq elmləri üzrə fəlsəfə doktorluğunun tarixcəsi və.s barədə isə sonra yazacağıq) hörmətli Anar müəllim Bağırova
Vəkilləri daim gərginlikdə saxlayan və Anar Bağırova xüsusi yaxınlığı ilə diqqəti cəlb edən şəxslərdən biri də Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədovdur.
Bu şəxs eyni vaxtda 3 mühüm vəzifə daşıyır. Sədr müavini kimi hansı funksiyaları həyata keçirməsi də bizə bəllidir. Bu barədə sonra yazacağıq.
Şahmar Məmmədovun rəhbərlik etdiyi Hüquqi Yardım və Tədris Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən yaradılıb və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlayan Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir. Yəni mərkəz daha çox təşkilati işlərlə məşğul olaraq dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin bölünməsini həyata keçirir və s.
Şahmar Məmmədovun üçüncü vəzifəsi isə Pro Bono Vəkil Bürosunun müdiri vəzifəsidir. Pro Bono Vəkil Bürosu hüquqi ünvanları fərqli göstərilsə də, faktiki olaraq hüquqi yardım mərkəzi ilə eyni binanın birinci mərtəbəsində yerləşir. Faktiki olaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin (Vəkil sirri) tələbləri pozulmuş olur.
Şahmar Məmmədov hələ İntizam Komissiyasının sədri olan zaman hörmətli vəkil Aslan İsmayılova qarşı intizam icraatının əsası kimi 2 arqumentdən biri kimi eyni girişi olan binada 2 ayrı-ayrı qurumun fəaliyyət göstərməsini intizam pozuntusu kimi qiymətləndirərək, onun Vəkillər Kollegiyasından xaric olunması üçün rəy vermişdir. Özü isə eyni qanun pozuntusunu həyata keçirməklə heç kəsə hesabat vermir. Çünki Vəkillər Kollegiyasında Nəzarət Təftiş Komissiyası mövcud deyil. Bu ayrı mövzunun müzakirə predmetidir.
Avropa İnsan Hüquqları Konvernsiyasının 12 mart 2020-ci il tarixli qərarında işin bu halları əsaslandırılmışdır.
Şahmar Məmmədov 3 vəzifəyə görə təxminən 12000 manata yaxın əmək haqqı alır və həmçinin digər imtiyaclara malikdir. (xidməti maşın, sürücü, köməkçi və.s)
Lakin yüzlərlə vicdanlı vəkillər isə bürolara üzvlik haqqı və ofisin saxlama xərclərini ödəməkdə çətinlik çəkirlər.
Zəruri qeyd: “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatının VK ilə heç ədavəti, qərəzi yoxdur və ümumiyyətlə 10 milyonlarla büdcə vəsaiti olan Kollegiyaya qarşı qərəzli olmaq MƏRKƏZİN nə gücündədi, nədəki imkanı daxilində. Biz sadəcə yüzlərlə vəkilin kollegiyada üzləşdiyi ədalətsizliyin aradan qaldırılması, vəkillər arasında ayrı seçkiliyə son qoyulmasını istəyirik. Ola bilsin ki, bəzi vicdanlı vəkillər bizi düz anlamır, lakin məqsədimiz bərabərliyin təmin olunmasıdır.
Hörmətli Anar müəllim!
Vəkillər Kollegiyasının yuxarı təbəqəsi üçün bu qədər imtiyazlı şəraitin yaradılması hansı zərurətlə bağlıdır?
İƏAM mətbuat xidməti