23 yanvar 2026-cı il tarixində
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində stolüstü tennis üzrə uşaq və yeniyetmələr arasında Qobustan rayon birinciliyi keçirilib.

Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunmuşdur.