Savaşın dünya liderlərindən birinə çevirdiyi tarixi şəxsiyyətin 48 yaşi tamam olur

Əsrin cəlladı Putinin rəhbərlik etdiyi Rusiya faşist imperiyasının ordusunu dağıdan ölkənin rəhbəri kimi Zelenski tarixə düşdü.

Amerikalıların paytaxt Kiyevdən çıxmaga kömək təklifinə “bizə silah verin” cavabını deyən Zelenski qətiyyətin simvolu kimi tarixə düşdü.

Kremldə cızılmış cahangirlik planlarının iflasa uğramasında müstəsna rol oynamış şəxs kimi Zelenski tarixə düşdü.

Düşməndən hər cəhətdən dəfələrlə az imkanı olan ölkəni ölüm-dirim savaşına səfərbər edə bilən lider kimi Zelenski tarixə düşdü.

Ukraynada müstəqillik illərində Zelenski Vladimir adı daşıyan ilk prezident oldu və bu müharibə eyni zamanda iki Vladimirin duelinə çevrildi.

Zelenskini azadlıqsevər bütün insanların prezidenti kimi təbrik edir, ona çağdaş tarixin bu həlledici savaşında uğurlar arzu edirik!

azadlıq qəzeti