Pentaqon İran istiqamətinə atom sualtı qayıqlarını cəmləşdirir.

ABŞ Müdafiə Nazirliyi – Pentaqon Birləşmiş Ştatların “USS Georgia” adlı atom sualtı qayığını Yaxın Şərq yaxınlığında yerləşdirib. Bu sualtı qayığın arsenalında təxminən 1,6 min km uçuş məsafəsinə malik 154 ədəd “Tomahawk” qanadlı raketi var.

Rayonda həmçinin “USS South Dakota” adlı digər hücum tipli atom sualtı qayığı da fəaliyyət göstərir. Onun da silahlanmasında 12 ədəd “Tomahawk” raketi mövcuddur.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” atom aviadaşıyıcısının başçılıq etdiyi aviazərbə qrupu da Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasına – Ərəb dənizi istiqamətinə doğru irəliləyir.

Daha əvvəl Yaxın Şərqdə artıq “Tomahawk” raketləri ilə təchiz olunmuş üç Amerika esminesi də yerləşdirilmişdi.