“Mən gedirəm. Əgər öldürülsəm…”

“17 yaşlı iranlı gənc fəal Milad Hassanzadə İslam rejimi tərəfindən güllələnərək öldürülən inqilabçı qəhrəmanlardan biridir. Bir neçə gün həyatı uğrunda mübarizə apardıqdan sonra, yanvarın 10-da vəfat edib.
Bu, onun dünyaya buraxdığı vəsiyyətdir:
“Mən gedirəm. Əgər öldürülsəm, hətta həbs olunsam belə, sevinin. Mən şərəf və ləyaqətlə yaşamağı seçdim. Əgər ölməliyəmsə, qoy bu, cəsarət və şərəf adına olsun. Mənim başıma nə gəlirsə-gəlsin, istəyirəm xəbər bomba kimi yayılsın ki, mənim yaşımda olan başqalarına nümunə olum.”

Paylaşdı- Vüqar Əliyev

azadlıq qəzeti