8 min rüsvəti verməyən qazini icra başçısı məhkəmə yolu ilə cəzalandırmaq fikrinə düşüb

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində özünə aid torpaq sahəsində evinin qanunsuz uçurulduğunu deyən Qarabağ müharibəsi veteranı Ceyhun Ağayevi icra başçısı cəzalandırmaq istəyir.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Adil Əliyev onun cinayət məsuliyyətinə cəlb olunması tələbiylə xüsusi ittiham qaydasında iddia qaldırıb.

C.Ağayev “TikTok” sosial şəbəkəsində video paylaşaraq məhkəmə qərarı olmadan evinin söküldüyünü göstərib. İcra başçısı tələb edir ki, həmin videoda işlətdiyi ifadələrə görə şikayətçi Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (böhtan) maddələriylə cəzalandırılsın.

C.Ağayev sözügedən videoda deyir ki, həmin ərazidə qanuni icazə alınmadan tikilən evlərin sayı yetərincədir, amma ona imkan vermirlər: “Nə var, nə var, 8 min vermədim deyə…”.