26 İyun – Silahlı Qüvvələr Günüümummilli lider Heydər Əliyev bu tarixin formalaşmasında bir-biri ilə sıx bağlıdır.

Müstəqil Azərbaycanın güclü ordusunun yaradılması ideyası və həyata keçirilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu dövlətin əsas prioritetlərindən biri elan etdi. Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri nizami, peşəkar və müasir texnologiyalarla təchiz olunan güclü bir orduya çevrildi.

1998-ci ildə Heydər Əliyevin fərmanı ilə 26 iyun rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi təsis edildi. Bu qərar Azərbaycanın hərbi qüdrətinin tanınması və orduya verilən yüksək dəyərin göstəricisi idi.

Bu gün Müzəffər Ordumuzun əldə etdiyi Zəfər və güc Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamıdır.

“Güclü ordu – güclü dövlət” prinsipi bu gün də yaşayır!
Yaşasın Azərbaycan Ordusu!
Əbədiyaşar lider Heydər Əliyevin ruhu qarşısında baş əyirik!