Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Baş Prokurorluğu cənab Kamran Əliyevə

Surəti: Bakı şəhər prokuroru cənab Elşən Abbasova

Surəti: Bakı şəhəri Səbail rayon prokuroru cənab Natiq Əsədova

Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən. Əlaqə nömrələri: (077) 399‐35‐86, (070) 634‐55‐21.

Ş İ K A Y Ə T

Hörmətli Prezident cənab İlham Əliyev!

Məlumat üçün diqqətinizə bir daha çatdırmaq istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanası’na müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika’ya təxliyə edilmişdir. Mərkəzi Klinika’da kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürəy damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən geçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinika’ya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsədə, lakin Mərkəzi Klinika’da qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinika’nın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələrdə, ancaq əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinika’ya ödənişlər etmişdir. Həmin ödənişlərə dair biz də qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nədə ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi’nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi’nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika’nın müvafiq şəxsləri ilə əlaqə yaratmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi’nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, hərgah gələcəkdə 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Bu barədə 1 (bir) aydan artıqdır ki, qanuna müvafiq tədbir görülməsi üçün, ayrı‐ayrı tarixlərdə, həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə, Azərbaycan Respublikasının Baş Prokuroruna şəxsən hörmətli Baş Prokuror cənab Kamran Əliyevin adına, danılmaz rəsmi faktlara əsaslanaraq yazıb göndərdiyim çox saylı şikayətlərim, AR‐nın Bakı şəhər prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəis müavini, İlkin İsmayılovun 19.05.2025‐ci il tarixli, 2‐2‐302/2‐102707/2025 nömrəli, cavab məktubu ilə müraciətimə baxılaraq zəruri tədbirlər görülməsi, müraciətim üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması məqsədi ilə Səbail rayon prokuroru cənab Natiq Əsədovun üzərinə göndərilsədə, əfsuslar olsun ki, Səbail rayon prokurorluğunda qeyd etdiyim məsələ araşdırılmayaraq, bu günə kimi də nəticəsiz, tədbirsiz və cavabsız qalmışdır. Müharibə əlilinin ölümünə səbəb olmuş, Firdovsi İbrahimov barəsində kimin və nəyin xatirinəsə heç bir ölçü götürülməyərək, indiyə kimi də Mərkəzi Klinika’da fəaliyyətini davam etdirərək, hər an xəstələr üçün real təhlükədir. AR‐nın Bakı şəhər prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəis müavini, İlkin İsmayılov tərəfindən mənə verilmiş 19.05.2025‐ci il tarixli, 2‐2‐302/2‐102707/2025 nömrəli, həmin cavab məktubunu indiki ərizəmə əlavə edərək Sizə göndərirəm.

Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinika’da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloqu Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu həkimə yaraşmayan, qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi bir daha Sizdən artıq dərəcə də xahiş edirəm.

Hörmətlə, Mabəddin Zeynalov

26.06.2025‐ci il

Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Samir Nuriyev Milli Majlis Sahiba Gafarova Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Merkezi Klinika Prof.Dr. Kamran Kazımoğlu Musayev Firdovsi Ibrahimov #hərkəs #paylaş