Soyuducuda narkotik gizlədən ata və oğlu saxlanıldı – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Satış məqsədilə saxladıqları “zəhər” Keşlə və ətraf qəsəbələrə yayılırmış…


Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyatla Keşlə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan ata və oğlu – 61 yaşlı Dilavər və 38 yaşlı Emil Məlikovlar saxlanılıb.

Axtarış zamanı onların yaşadıqları evin soyuducusundan satış üçün müxtəlif çəkilərdə qablaşdırılmış marixuana və metamfetamin aşkarlanıb.

Onlar Keşlə və ətraf ərazilərdə narkotik dövriyyəsinin əsas təşkilatçıları olublar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam edir.


📍Xəbərdar edirik: Etməyin, çəkinin – bu cinayət yalnız sizi yox, yaxınlarınızı da məhvə aparır. Gizləndiyini zənn edənlər düşünsün ki, buradan gələcək qazanc karma, zəhər olacaq, geci-tezi var, həbs olunacaqsız, kimsə fayda görməyib. Başqasının övladını zəhərləyən necə rahat yaşaya bilər?

#narkotikləmübarizə #NarkotikəYox, #TəmizHəyatSeç, #GələcəyiniQoru #Narkotikləmübarizəyəqoşul

narkotikəyoxde #Bildirin #102ZəngEt #BirlikdəGüclüyük #MəlumatVerin #PolisƏməliyyatı #GündəlikHesabat