Tədris mərkəzini və avtoservisi talayan şəxslər saxlanılıblar
✅Bakının Nəsimi rayonunda fəaliyyət göstərən tədris mərkəzlərindən birində baş verən oğurluq hadisəsi polis tərəfindən araşdırılıb. Naməlum şəxsin mərkəzdən 4000 manatlıq nağd pul və elektron avadanlıqları ələ keçirdiyi müəyyən olunub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı şəxs saxlanılıb.
✅Eyni zamanda paytaxtın Nizami rayonunda avtoservisdən oğurluq edən, 500 manat və 1000 manatlıq noutbuku talayan əvvəllər məhkum olunmuş şübhəli şəxs də polis tərəfindən müəyyən edilərək saxlanılıb.
✅Hazırda hər iki fakt üzrə araşdırma aparılır.



















