📣Qax rayonunda yeni istifadəyə verilən güləş zalının açılış mərasimi təşkil olunmuşdur.
🗓Açılış mərasimi 13 yanvar 2026-cı il tarixində Qax rayon Almalı kəndində təşkil olunmuşdur.
📌Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, həmçinin Ümumilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
📌Açılış mərasimində çıxış edən, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov, Qax RİHB-nın Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Həşimov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Qax Uşaq Gənclər İdman Məktəbinin direktoru İlkin Əfəndiyev , Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsi olaraq son dövrlərdə ölkəmizin idman sahəsində qazandığı uğurlardan danışaraq, əhali arasında sağlam həyat tərzinin təbliği və peşəkar idmançıların yetişdirilməsi üçün idman zallarının vacibliyindən bəhs etmişlər.
📌Mərasimdə çıxış edən sərbəst güləş üzrə məşqçi – müəllimlər, Məmməd Qasımov, Nurəddin Əlimov, Alqış İbrahimov, şəhid ataları Asif Bünyadov, Sadiq Məhərrəmov, Vətən müharibəsi iştirakçısı Fərid Kərimov və rayon sakini Yaşar İbrahimov zalın açılışının əhali üçün faydalı olacağını bildirərək , əməyi keçən hər kəsə təşəkkür etmiş, zalın fəaliyyətinə və idmançılara uğurlar arzulamışlar.
📌Açılış mərasimində rayonun idman ictimaiyyəti, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, kənd əhalisi, həmçinin yeniyetmə və gənc idmançılar iştirak etmişdir.

Gənclərİdman #birkimibrlikdə #AZESport

ŞəkiZaqatalaRegionalGİİ