🇦🇿Azərbaycanda səfərdə olan İran Xarici İşlər Nazirinin müavini Cəlalzadənin, İrana hücum olarsa müharibə İran sərhədlərini aşacaq, bəyanatı ölkəmizə qarşı birbaşa təhdiddir.
Bu bəyanatın Bakıda verilməsi, əlbəttə təsadüf deyil.
Müharibənin başlanacağı təqdirdə 🇹🇷Türkiyə və 🇦🇿Azərbaycanın hədəfə alınacağı barədə açıqlamalar digər İran rəsmiləri tərəfindən də səslənir.
Qlobal yanaşsaq 🇺🇸ABŞ, 🇮🇱İsrail, qonşu Suriya, bəzi ərəb ölkələri kimi rəqibləri olan, dərin iqtisadi və siyasi böhran şəraitində yaşayan bir ölkə bütün bunları, həmçinin öz ərazisində 35 milyondan çox Azərbaycan türkünün yaşadığını nəzərə almadan Türkiyə və Azərbaycan kimi güclü, həm də qonşu olan dövlətlərə qarşı düşmənçilik siyasəti yürütməməlidir.
Amma daxili etirazlara qarşı aşırı güc tədbiq edib 15 mindən çox öz vətəndaşını qətlə yetirən bir rejimdən məntiqli davranış gözləmək sadəlövhlük olar.
Belə görünür ki, İran teokratik rejimi də Rusiya hərbi-siyasi rejiminin Rusiya, və ya bizim hakimiyyətimiz olmayacaqsa heç dünya da olmasın məntiqi ilə davranır.
Hadisələrin gedişi göstərir ki, Yaxın Şərq promlemi 12 günlük müharibə nəticəsində həll olunmayıb və daha böyük qarşıdurmalar, kataklizmlər hələ irəlidədir.
İndi ilk növbədə Azərbaycan hakimiyyəti olmaqla, ərazisində 35 milyondan çox soydaşımızın yaşadığı, 765 km sərhədimiz olan qonşu dövlətdə baş verə biləcək hadisələrin hər hansı ssenarisinə hazır olmaq ən mühüm ümummilli məsələlərimizdən biridir.
Arif Hacılı



















