Bir mesaj, bir həyat…

Sükan arxasında mobil telefondan istifadə daha bir insanın həyatına son qoydu.

Samux rayon sakini Rəşid Məmmədov “QAZel” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.

Ağır olan isə odur ki, Vüqarın atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsində dünyasını dəyişmişdi.

Bu faciə bir daha göstərir ki, sükan arxasında telefon sadəcə qayda pozuntusu deyil, geri dönməz nəticələrə səbəb olan ölümcül məsuliyyətsizlikdir.

Sükan arxasında diqqət, bir həyat deməkdir.
Telefonu kənara qoy, yola bax.

DİN MƏTBUAT Xidməti