İran, İran, İran… Nə qədər paradoksal səslənsə də, lakin amerikalıları bu gün İran və Venesuela ətrafında cərəyan edən hadisələr ən son halda ilgiləndirir. Amerikalıların başı qalda! Trampın ordusu – İCE ölkəni tam iflic edib. Və bu qanunsuz ordu artıq son qırmızı xəttləri də keçməkdədir. ABŞ-ın aparıcı KİV-lərinin manşetləri İCE (İmmiqrasiya və gömrük xidmətinin) əməkdaşlarının həyata keçirdiyi qanunsuz uşaq həbslərinə həsr olunub. Bəli-bəli, ABŞ vətəndaşların amansız qətllərindən sonra, uşaqların həbsxanalara doldurulması – dünya fövqəldövlətinin ümdə hüquq-müdafiə təşkilatlarının baş ağrısına çevrilib…
İCE əməkdaşları Texas ştatında 5-yaşlı Liama Konexo Ramosu həbs edib. Liama evinə yaxınlaşırdı, və bu zaman Trampın ordusu qeyri-leqal miqrasiyada şübhəli bilinən ailənin evinə basqın edib. Atanı evdə tapa bilməyən polis balanı həbs edib və təcridxanaya salıb. Uzun mübarizədən sonra kongresmen Xoakin Kastronun zaminliyini nəzərə alaraq, məhkəmə uşağı azad edib. Və konqresmen öz maşınında uşağı evinə qaytarıb.
Bir neçə gün sonra Trampın ordusu 2-yaşlı Xlo Renata Tipanı da həbs edib. Atasının maşınına hücum edən vəhşi polislər, avotomobilin pəncərələrini sındırıb, uşağı həbs edib və təcridxanaya aparıblar. 2025-ci ildə İCE əməkdaşları tərəfindən 20 uşaq tutulub (Mənbə: Marshall Project). Onların hamısı xüsusi düşərgələrdə saxlanılır. Məsələn, Kolorado ştatından olan 10 və 11-yaşlı iki uşaq 47 gün həbsdə qalıb!!!
Yazı Eynulla Fətullayevin Facebook səhifəsinə istinadən dərc olunub





















