
İrana qarşı hərbi müdaxilədən sonra İsrail bütün Yaxın Şərqin hava məkanında yeganə söz sahibinə çevrilib. Quru qoşunlarının öz əhəmiyyətini itirdiyini də nəzərə alsaq, əminliklə demək olar ki, İsrail artıq Yaxın Şərqin tək gücüdür.
Belə bir vəziyyətin yaranacağını iki il öncə təsəvvür etmək mümkün deyildi. İki il öncə İsrail İranın “şiə hilalı” ilə sərhədləri daxilinə sıxışdırılmış, 22 min kvadrat kilometrlik kiçik əraziyə sığmayan güc idi. HƏMAS 7 oktyabr 2023-cü ildə törətdiyi qanlı terrorla bu kiçik əraziyə sığmayan gücün buxovlarını qırmasının yolunu açdı. Bu hər şeyə qüdrəti çatan çinin şüşədən çıxması kimidir.
Bundan sonra Yaxın Şərqdə oyun qaydalarını İsrail müəyyən edəcək. Belə demək olar ki, Yaxın Şərqdə İsrail əsri başladı.
İsrail elm və texnologiyaya yatırdığı böyük sərmayə sayəsində qarşıdakı bir neçə ilə elə böyük güc halına gələcək ki, bu gün kimsə təsəvvür edə bilmir. Neçə ki, iki ol öncə də İsrailin yaxın Şərqdə tək gücə çevriləcəyini kimsə təsəvvür etmirdi.
Özünə duyğusal təbliğatla təsəlli verən, dövrümüzün bütpərəstliyi elmdir deyən və kilsəyə bomba qoymaqla uğur qazanacağıını düşünən zehniyyət məğlubiyyətə və məhvə məhkumdur.
Xəqani Cəfərli politoloq